İlham Əliyevin Milli Məclisdə andiçmə mərasimi keçirilib
...
Braziliya millisinin sabiq futbolçusu Romario karyerasını bərpa edib.
İdman.biz xəbər verir ki, əfsanəvi hücumçu 58 yaşında meydanlara qayıtmağa qərar verib.
Romario “Amerika de Rio-de-Janeyro” ilə müqavilə imzalayıb. O, həm də bu klubun prezidentidir.
Hücumçu özünə minimal maaş təyin edib. O, bu məbləği klubun fonduna köçürəcək.
“Amerika de Rio-de-Janeyro”da Romarionun oğlu Romarinyo da çıxış edir.
Qeyd edək ki, Romarionun komandası Braziliyanın D seriyasında mübarizə aparır.