Valyuta məzənnəsi:
18:00 Modriç “Real”ın tarixinə düşdü  |     17:41 AFFA-nın vitse-prezidenti AVRO-2024-ə təyinat aldı  |     17:38 "Elza deyilik ki, stollara oxuyaq" - VİDEO  |     17:01 Abdullah Zubirdən adının xarici klublarla hallanmasına CAVAB  |     16:30 İyunda ardıcıl 5 gün iş olmayacaq  |     15:32 Dənizkənarı Bulvarda "Wings for Life World Run"baş tutacaq - FOTO  |     15:25 Ülviyyə Zülfiqar televiziya rəhbəri təyin olundu  |     14:45 Ögey anası ilə eşq yaşayıb onunla EVDƏN QAÇDI - Ata efirdə AĞLADI - VİDEO  |     14:33 Prezident bir sıra sənədlərdə dəyişiklik etdi  |     14:09 Dünya Kuboku növbəti dəfə Bakıda!  |     13:55 Bu kəndlər də qaytarılır: Ermənilər dəhlizdə işlərə başladı  |     13:50 "Mənə dedi ki, gül kimi qız idi, niyə boşadın onu?"  |     13:00 Bakıda keçiriləcək Avropa kubokunun mükafat fondu açıqlanıb  |     12:30 “Prezident Kuboku”nun Füzulidə keçirilməsi planlaşdırılır  |     12:10 Balaəlinin OXŞARI TAPILDI: "Balaəliyə özündən daha çox oxşayır" - VİDEO  |     11:36 Prezident: İndi biz sülhə doğru gedirik  |     11:35 Azərbaycanda yeni telekanal açıldı  |     11:00 Toyda bəylə gəlinin bu görüntüsü GÜNDƏM OLDU - VİDEO  |     08:24 Çempionlar Liqası: "Bavariya" - "Real" oyununda qalib müəyyənləşmədi  |     21:10 “Qarabağ” irəliləyib, “Neftçi” gerilədi - REYTİNQ  |    
CityNews.az » Əsas » Dünya Bankı “ASAN xidmət” konseptini yüksək qiymətləndirir

Əsas / Son xəbərlər / İqtisadiyyat

Dünya Bankı “ASAN xidmət” konseptini yüksək qiymətləndirir


Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyevin rəhbərlik etdiyi nümayəndə heyəti BMT-nin İqtisadi və Sosial Şurasının Dövlət İdarəçiliyi üzrə Ekspertlər Komitəsinin 23-cü sessiyasında iştirak etmək, eləcə də BMT və Dünya Bankının yüksək vəzifəli rəsmiləri ilə görüşlərin keçirilməsi məqsədilə Amerika Birləşmiş Ştatlarında (ABŞ) səfərdədir.


Vaşinqtona səfər zamanı  Dövlət Agentliyinin sədri ilə Dünya Bankının vitse prezidenti Akihiko Nişio arasında görüş keçirilib. Görüş zamanı qarşı tərəfə Dövlət Agentliyinin fəaliyyət istiqamətləri, o cümlədən “ASAN xidmət” mərkəzlərinin yaradılması məqsədləri, habelə dövlət xidmətlərinin göstərilməsi sahəsində həyata keçirilən müxtəlif layihələr barədə ətraflı təqdimat edilib.


Eyni zamanda “ASAN xidmət” modelinin BMT tərəfindən iki dəfə yüksək mükafata layiq görüldüyü, eləcə də ötən ilin fevral ayında “Dünyanın ən qabaqcıl dövlət xidməti” seçildiyi diqqətə çatdırılıb.


Bundan əlavə,  hazırda “ASAN xidmət” təcrübəsinin paylaşılması istiqamətində 20-dən çox ölkə və beynəlxalq təşkilatla əməkdaşlıq edildiyi barədə məlumat verilib.


Qarşı tərəf “ASAN xidmət” modelinin onda yüksək təəssürat yaratdığını və dövlət xidmətlərinin göstərilməsi sahəsində yenilik etmək arzusunda olan ölkələr üçün Azərbaycanın qabaqcıl təcrübəsinin nümunə olacağını bildirib.


Görüş zamanı “ASAN xidmət” modelinin üçüncü ölkələrdə tətbiqi ilə bağlı birgə əməkdaşlığın qurulması barədə ilkin razılıq əldə olunub.


Bundan əlavə Dövlət Agentliyinin sədri ilə Dünya Bankının icraçı direktoru Dominik Favre arasında görüş baş tutub. Görüş zamanı tərəflər arasında mümkün əməkdaşlıq istiqamətləri üzrə müzakirələr aparılıb.  


Dövlət Agentliyinin nümayəndə heyətinin ABŞ-a işgüzar səfəri davam edir.