Valyuta məzənnəsi:
20:35 Azərbaycanlı aparıcıdan MARAQLI RƏQS - VİDEO  |     20:35 Ulduz futbolçu “Çelsi”dən gedir  |     20:30 Mehriban Əliyeva azərbaycanlı şahmatçı Ülviyyə Fətəliyevanı təbrik edib - FOTO  |     20:11 Atasına görə efirdə göz yaşı tökdü - VİDEO  |     19:15 Albaniya - Azərbaycan matçının saatı və məkanı açıqlandı  |     19:08 Səmranın idman zalından paylaşımı GÜNDƏM OLDU - VİDEO  |     18:36 Zeynəb kriteriyalarını SADALADI: "Boyu elə olsun ki..." - VİDEO  |     18:06 Azərbaycanla Ermənistan arasında 35 sərhəd dirəyi quraşdırılıb  |     17:51 Baş nazirdən su təchizatı ilə bağlı qərar  |     17:44 Damlanın estetiksiz halı - VİDEO  |     17:25 Stoltenberq: Ukrayna NATO-nun üzvü olacaq  |     17:03 Ançelotti Ardaya görə ulduz futbolçuların üstündən xətt çəkdi  |     16:53 "Mənə salam vermirlər" - VİDEO  |     13:25 Bakıda yeni park salınacaq  |     11:20 “Qarabağ”ın 30 oyunluq seriyası qırıldı  |     18:51 Əməkdar artistin rus dilində ifası GÜNDƏM OLDU - VİDEO  |     18:01 Bahar taksi sürücülərinə səsləndi: "Bunu eşidəndə çox utandım" - VİDEO  |     17:30 Xalq artisti: "Damlanın dəyişimini çox alqışlayıram" - VİDEO  |     17:14 Sədərəkdə PARTLAYIŞ: 2 nəfər ÖLDÜ  |     17:10 Bakıda restoranda yanğın - 3 nəfər tüstüdən zəhərləndi  |    
CityNews.az » Son xəbərlər » İdman » "Balaca gimnast Minanın arzusu çin oldu"

İdman / Cəmiyyət

"Balaca gimnast Minanın arzusu çin oldu"


Balaca gimnast Mina Abbasovadan Azərbaycanın şərəfinə növbəti qızıl medalı qazanıb.

Magazinews.az xəbər verir ki, 25-26 avqust tarixlərində Macarıstanın paytaxtı Budapeşt şəhərində Macarıstan "Bədii Gimnastika Federasiyası"-nın təşkilatçılığı ilə XVII ənənəvi "Graciya kuboku" uğrunda yarışlar təşkil edilmişdir. Yarışlarda ev sahibi Macarıstanla yanaşı, ABŞ , Kanada, Rusiya, Ukrayna, Azərbaycan, Lüksenburq, Xorvatiya, Slovakiya, Misir, Çexiya, Avstriya, İspaniya, İsrail, Rumıniya, Italiya, Malaziya, Gürcüstan, Koreya, Braziliyanın milli yığmaları və yerli klubları da iştirak etmişdirlər.

Əvvəlki turnirlərdə  Macarıstan bayrağı altında çıxış edən 8 yaslı həmyerlimiz  Mina Abbasova, bu dəfə Azərbaycanı təmsil edib. Onun istedadını, indiyə qədər  qazandığı nailiyyətləri nəzərə alan təşkilatçılar balaca gimnasta arzusunu reallaşdırmaq üçün şərait yaradıblar.
Çoxnövçülük üzrə yarışlarda həmyaşıdlarını böyük xal fərqi ilə geridə qoyaraq fəxri kürsünün ən yüksək pilləsinə qalxmağı bacaran Mina Abbasova növbəti qızıl medalını Azərbaycan bayrağı altında qazanıb.
İkinci pilləyə Ukrayna, üçüncü pilləyə isə Rusiyalı gimnast sahib olub.

Qeyd edək ki,  Mina Abbasova  2010-cu ildə Bakı şəhərində anadan olub. Hal- hazırda valideynlərinin işi ilə əlaqədar müvəqqəti olaraq Macarıstanın Budapeşt şəhərində yaşayır. İştirak etdiyi bütün beynəlxalq yarışlarda parlaq çıxışları ilə fərqlənməyi bacaran balaca gimnast idman karyerasına hələ 5 yaşındaykən başlayıb və qısa vaxt ərzində bir çox beynəlxalq yarışmalarda iştirak edib.

 O, Lyublyana - 2015 Beynəlxalq turnirdə  (Sloveniya)  1-ci yer, Gracia cupa -2015 (Budapeşt) 2-ci yer, Yeni il turniri- 2015 (Budapeşt) 1-ci yer, Bahar kuboku -2016 (Budapeşt) 2-ci yer, Pecs kuboku- 2015 (Macarıstan, Pecs) 2- ci yer, Gracia cupa-2016 (Budapest) 1-ci yer, Yeni il kuboku-2016 (Budapeşt) 1-ci yer, Bahar kuboku 2017 (Budapeşt) 2-ci yer, Pecs kuboku -2017 (Macarıstan, Pecs) 1-ci yer, Sosnoviçe kupa- 2017 (Polşa) 2-ci yer, Pecs kupa-2017 (Macarıstan)1-ci yer, Yeni il kuboku 2017 (Budapeşt) 1-ci yer, Luksenburq cupa-2017 (Avropa cempionatı) 3 -cu yer, Caorle cupa-2018 (Italiya) 2-ci yer, Katovice kupa- 2018 (Polşa) 2-ci yer, Zaqreb kupa -2018 (Xorvatiya)  beynəlxalq yarışmalarında 2-ci yer tutub.