Valyuta məzənnəsi:
20:48 Elzadan tanınmış jurnalistə: "Sən mənim qulumsan" - VİDEO  |     20:32 Əməkdar artistin oğlu: "Pulumuzu özümüz qazanırıq, atamızdan almırıq" - VİDEO  |     20:24 Azərbaycanlı müğənninin toyu olacaq: özündən 15 yaş kiçik xanımla - FOTO  |     20:10 Hidayət Heydərov 4-cü dəfə Avropa çempionu!  |     20:01 Amerikada yaşayan Güneldən istirahət FOTOları  |     18:55 Bakıda çanta oğurlayan qadın mağaza sahibini "Cin atı"na mindirdi: "Hicabından utan"- VİDEO  |     18:42 İlham Əliyevin Berlində Almaniya Prezidenti ilə təkbətək görüşü olub  |     18:22 Azərbaycanla Ermənistan arasında 28 sərhəd dirəyi quraşdırıldı - RƏSMİ  |     18:16 Aysun doğulacaq körpəsinin görüntüsünü yaydı - VİDEO  |     18:08 CineMastercard-da “Qeyri-Centlmen İşlər Nazirliyi” filminin premyeradan öncə nümayişi keçirilib - FOTO/VİDEO  |     18:00 Bakının bu küçəsində hərəkət MƏHDUDLAŞDIRILACAQ  |     17:35 İlkin Qəribliyə VƏZİFƏ VERİLDİ  |     17:05 Bakıda ayıq sürücü müştərinin "Land Rover"indən OĞURLUQ ETDİ  |     16:02 Vəfa hava limanında köməksiz vəziyyətdə qaldı - VİDEO  |     15:45 Bakıda köhnə avtobuslar yığışdırılır  |     15:01 “Real”ın transfer hədəfi  |     14:49 İlham Əliyev və Olaf Şolts birgə mətbuat konfransı keçiriblər  |     11:30 AFFA dan “Neftçi”nin şikayətinə CAVAB  |     09:15 Yığmamız Avropa çempionatını 2 bürünc medalla bitirib  |     23:43 Daha 5 çəkidə qaliblər müəyyənləşdi  |    
CityNews.az » Mədəniyyət » ANİMAFİLM Festivalının qalibi Fransaya səyahət qazanacaq!

Mədəniyyət / Kino / Cəmiyyət

ANİMAFİLM Festivalının qalibi Fransaya səyahət qazanacaq!




2021-ci ildə ANİMAFİLM Festivalı Fransanın Azərbaycandakı səfirliyi və Fransız İnstitutunun (IFA) tərəfdaşlığı və Annecy Beynəlxalq Animasiya Film Festivalının dəstəyi ilə "Ən yaxşı Azərbaycan qısametrajlı animasiya filmi" kateqoriyası üzrə mükafat təqdim edir.

MAGAZINEWS.AZ xəbər verir ki, bu kateqoriyada ANİMAFİLM festivalının qalibi 2022-ci ildə Fransada keçiriləcək Annecy Festivalına səyahət edəcək və MIFA adlı peşəkar akkreditasiya əldə edəcək. Qalibin bütün səyahət və yaşayış xərcləri IFA tərəfindən ödəniləcək.

Filmlər aşağıdakı şərtlərə uyğun gəlməlidir:

- Müsabiqədə iştirak üçün son müraciət tarixi: 15.07.2021
- Müəlliflər FilmFreeway platforması vasitəsilə müraciət etməlidir: https://filmfreeway.com/ANIMAFILM-Baku_International_Animation_Festival
- Filmlər 2019-cu il yanvarın 1-dən sonra çəkilməlidir;
- Filmin 50 %-indən çoxu animasiya olmalıdır. Filmdə istifadə edilən animasiya texnikalarına məhdudiyyət qoyulmur;
- Filmin mövzularına məhdudiyyət qoyulmur; - Əlavə məlumat üçün: https://animafilm.az/submission/

Xatırladaq ki, III ANİMAFİLM Festivalının "Ən yaxşı Azərbaycan qısametrajlı animasiya filmi" kateqoriyasının qalibi “Quzğun” filmi idi. Filminin müəllifi Fidan Axundova 2021-ci ilin iyun ayında Annecy Festivalına səyahət edəcək. Bu mükafat ANİMAFİLM Festivalının Azərbaycan Fransız İnstitutu və Annecy Beynəlxalq Animasiya Film Festivalı arasında əməkdaşlıq nəticəsində mümkün olub.

IV ANİMAFİLM Beynəlxalq Animasiya Festivalı 20-24 oktyabr 2021-ci il tarixlərində Bakıda keçiriləcək. Festival 5 gün ərzində uşaqlar və böyüklər üçün çəkilmiş onlarla yerli və xarici animasiya filmlərini təqdim edəcək. Builki festivalın mövzusu “ƏLİLLİK” olacaq.