Valyuta məzənnəsi:
09:15 Yığmamız Avropa çempionatını 2 bürünc medalla bitirib  |     23:43 Daha 5 çəkidə qaliblər müəyyənləşdi  |     23:00 Raman Saleydən Avropa çempionatında üçüncü medal  |     22:35 Boksçumuz Avropa çempionatında bürünc medal qazandı  |     22:05 Aydın Süleymanlı Azərbaycan çempionu oldu  |     19:06 Hacı Şahinin yutub kanalını ONLAR QAYTARIB  |     18:01 Azərbaycan Qlobal Dayanıqlı Turizm Şurasının üzvlüyünə qəbul edilib - FOTO  |     17:11 İlham Əliyev Sadır Japarova Qarabağ atı hədiyyə etdi  |     16:50 Fərid Bağırzadə nazir müavini təyin edildi  |     14:50 Juninyo "Qarabağ"dan gedəcəyi iddialarına CAVAB VERDİ  |     14:17 Elmira Süleymanova vəfat etdi  |     14:00 "Yurqorden”in baş məşqçisi: “Musa üçün çox çətindir”  |     13:14 "Murada dedi ki, aktrisadı, boşa onu getsin" - VİDEO  |     13:04 “Qarabağ”ın almaq istədiyi Emre Mor qərarını verdi  |     12:04 Hüseyn tanınmış azərbaycanlı idmançıya LÜKS AVTOMOBİL HƏDİYYƏ ETDİ - VİDEO - FOTO  |     12:00 Hacı Əliyevin son durumu  |     11:55 Naxçıvan MR-in baş naziri işdən azad olundu  |     10:50 Azərbaycan Kubokunun yarımfinalında REKORD  |     10:47 Cavanşir Məmmədovun son çıxdığı VERİLİŞ - VİDEO  |     09:38 Qurban Qurbanovdan “Beşiktaş” açıqlaması  |    
CityNews.az » Son xəbərlər » İdman » "Mina Abbasovanın Xorvatiyada böyük qələbəsi"

İdman / Cəmiyyət

"Mina Abbasovanın Xorvatiyada böyük qələbəsi"


28-30 sentyabr tarixlərində Xorvatiyanın Zadar şəhərində Xorvatiya Bədii Gimnastika Federasiyasının dəstəyi ilə "Bədii Gimnastika üzrə Beynəlxalq “Sirenakuboku – 2018” yarışı keçirilmişdir.

Magazinews.az xəbər verir ki, Yarışda ev sahibi Xorvatiya ilə yanaşı, Macarıstan, Ukrayna, Çexiya, Slovakiya, Sloveniya, Bolqarıstan, Avstriyavədigərölkələrin 30-dan çox klubu mübarizə aparıb. Bu turnirdə Azərbaycanı həmyerlimiz, 8 yaşlı gimnast – Mina Abbasova təmsil edib. Böyük rəqib ordusunun olmasına baxmayaraq o, gimnastlar arasında fərdi yarışlarda fəxri kürsünün ən yüksək pilləsinə qalxmağa nail olub. Belə ki, istedadlı gimnastımız tam xal hesabı ilə birinciliyi əldə edərək bu ay ərzində 3-cü qızıl medalını qazanıb. Beləki, 8 yaşlı çempion bu ay Polşada keçirilən yarışlarda daAzərbaycanı təmsil edib və 2 qızıl, 1 gümüş medal qazanıb.

Qeyd edək ki, Mina Abbasova artıq 3 ildir ki, Budapeşt şəhərində fəaliyyət göstərən, Beynəlxalq kateqoriyalı hakim Lyubov Bernatve IngaMackusun rəhbərlik etdiyi “Rus RG Sport” klubunun üzvüdur. O, 5 yaşından başlayaraq iştirak etdiyi beynəlxalq yarışlarda valideynlərinin işi ilə bağlı müvəqqəti yaşadığı ölkəni – Macarıstanı təmsiletsə də, bu ilin avqustundan etibarən Budapeştdə keçirilən XVII ənənəvi “Gracia” kuboku turnirindən başlayaraq Azərbaycan bayrağı altında çıxış edir.  Balaca qəlbində böyük vətən sevgisi daşıyan, istedadlı gimnastımız Mina Abbasovanın arzu-istəyini, qazandığı uğurları nəzərə alaraq, yarışlarda Azərbaycanı təmsil etməsi üçün ona icazə veriblər.