Valyuta məzənnəsi:
18:51 Əməkdar artistin rus dilində ifası GÜNDƏM OLDU - VİDEO  |     18:01 Bahar taksi sürücülərinə səsləndi: "Bunu eşidəndə çox utandım" - VİDEO  |     17:30 Xalq artisti: "Damlanın dəyişimini çox alqışlayıram" - VİDEO  |     17:14 Sədərəkdə PARTLAYIŞ: 2 nəfər ÖLDÜ  |     17:10 Bakıda restoranda yanğın - 3 nəfər tüstüdən zəhərləndi  |     16:48 Toyunda havaya ATƏŞ AÇDI - Həbs olundu - VİDEO  |     16:10 "Bir qalanın sirri" Musiqili Teatrda açılacaq - FOTO  |     15:23 Nigardan cazibədar paylaşım - FOTO  |     14:04 Rozadan İDDİALI SÖZLƏR: "Mən bikinidə görsən, sonra başqasına baxarsan?" - VİDEO  |     13:53 "Ölün olsun, gəlim quluğunda durum deyir" - VİDEO  |     12:50 Həftənin ilk iş gününün HAVASI  |     12:50 Həftənin ilk iş gününün HAVASI  |     11:20 Efirdə hamilə qadının ərindən ŞOK SÖZLƏR: "40 yaşı var, mən cavan ailə istəyirəm" - VİDEO  |     10:48 Samirə paylaşımı ilə DİQQƏT ÇƏKDİ - VİDEO  |     09:45 “Fənər” əzəli rəqibini əliboş yola saldı  |     09:22 "Anam məni tanımır"  |     20:48 Elzadan tanınmış jurnalistə: "Sən mənim qulumsan" - VİDEO  |     20:32 Əməkdar artistin oğlu: "Pulumuzu özümüz qazanırıq, atamızdan almırıq" - VİDEO  |     20:24 Azərbaycanlı müğənninin toyu olacaq: özündən 15 yaş kiçik xanımla - FOTO  |     20:10 Hidayət Heydərov 4-cü dəfə Avropa çempionu!  |    
CityNews.az » Əsas » Kür çayında daşqın olacaq - XƏBƏRDARLIQ

Əsas / Cəmiyyət

Kür çayında daşqın olacaq - XƏBƏRDARLIQ


“Son günlərdə ölkə ərazisində qeyri-sabit hava şəraiti davam edir. Xüsusən də, bu proseslər respublikanın şimal və qərb rayonlarında müşahidə olunur”. 


Bu sözləri Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva deyib.

O bildirib ki, bu gün axşam saatlarında Gədəbəy rayonu ərazisində iridənəli dolu müşahidə olunub:

“Eyni zamanda həmin proseslər qonşu ölkələrdə də müşahidə olunmaqdadır. Türkiyədə sel, daşqın hadisələri… Gürcüstanda ötən sutka ərzində düşən güclü yağıntı nəticəsində Kür-Tiflis məntəqəsində Kürün səviyyəsi xeyli artıb. Nəticədə bu gün səhər saat 08:00-lə müqayisədə, artıq Azərbaycan ərazisində Kür-Qıraqkəsəmən   məntəqəsində səviyyənin 53 sm artımı qeydə alınıb.

Bu proses bu gün gecə ərzində davam edəcək və sabah gün ərzində Kür çayının yuxarı axınında yüksəksululuq müşahidə olunacaq, daşqın istisna olunmur. Buna görə, xüsusən, Ağstafa, Qazax, Tovuz rayonlarında yaşayan əhaliyə xəbərdarlıq etmək istərdik ki, Kür çayının yaxınlığında olan obyektlərdə, ərazilərdə çox diqqətli olsunlar. Eyni zamanda yerli icra hakimiyyətlərinin müvafiq tədbirlər görməsi vacibdir”.

U.Tağıyeva bildirib ki, iyun ayının sonunadək ölkə ərazisində qeyri-sabit hava şəraiti davam edəcək:

“Buna görə də fasilələrlə, əsasən də respublikanın dağlıq və dağətəyi rayonlarında leysan xarakterli yağışların yağması ehtimal edilir. Nəticədə respublikanın dağ çaylarında qısamüddətli daşqın və sel keçəcəyi haqqında proqnozlar verilib, bəzi rayonlarda dolu düşəcəyi ehtimalı var”. /Yenicag.az/