Valyuta məzənnəsi:
20:48 Elzadan tanınmış jurnalistə: "Sən mənim qulumsan" - VİDEO  |     20:32 Əməkdar artistin oğlu: "Pulumuzu özümüz qazanırıq, atamızdan almırıq" - VİDEO  |     20:24 Azərbaycanlı müğənninin toyu olacaq: özündən 15 yaş kiçik xanımla - FOTO  |     20:10 Hidayət Heydərov 4-cü dəfə Avropa çempionu!  |     20:01 Amerikada yaşayan Güneldən istirahət FOTOları  |     18:55 Bakıda çanta oğurlayan qadın mağaza sahibini "Cin atı"na mindirdi: "Hicabından utan"- VİDEO  |     18:42 İlham Əliyevin Berlində Almaniya Prezidenti ilə təkbətək görüşü olub  |     18:22 Azərbaycanla Ermənistan arasında 28 sərhəd dirəyi quraşdırıldı - RƏSMİ  |     18:16 Aysun doğulacaq körpəsinin görüntüsünü yaydı - VİDEO  |     18:00 Bakının bu küçəsində hərəkət MƏHDUDLAŞDIRILACAQ  |     17:35 İlkin Qəribliyə VƏZİFƏ VERİLDİ  |     17:05 Bakıda ayıq sürücü müştərinin "Land Rover"indən OĞURLUQ ETDİ  |     16:02 Vəfa hava limanında köməksiz vəziyyətdə qaldı - VİDEO  |     15:45 Bakıda köhnə avtobuslar yığışdırılır  |     15:01 “Real”ın transfer hədəfi  |     14:49 İlham Əliyev və Olaf Şolts birgə mətbuat konfransı keçiriblər  |     11:30 AFFA dan “Neftçi”nin şikayətinə CAVAB  |     09:15 Yığmamız Avropa çempionatını 2 bürünc medalla bitirib  |     23:43 Daha 5 çəkidə qaliblər müəyyənləşdi  |     23:00 Raman Saleydən Avropa çempionatında üçüncü medal  |    
CityNews.az » Cəmiyyət » “Nuradan daha bir klip” – FOTO/VIDEO

Cəmiyyət / Maqazin

“Nuradan daha bir klip” – FOTO/VIDEO


Müğənni Nura Suri daha bir klipinin təqdimat mərasimini keçirib. 

Magazinews.Az xəbər verir ki, paytaxt istirahət məkanlarının birində baş tutan təqdimatda müğənni media nümayəndələrini bir araya yığaraq "Dönmək olmur" -adlı mahnısına çəkdirdiyi klipi təqdim edib.

Müğənnini xoş günündə sənət yoldaşları da yalnız buraxmayıb. Xalq artisti Brilliant Dadaşova, müğənnilər Səidə Sultan, Sevda Yahyayeva, Vüsal Hacıyev, aparıcılar Samir Bayramlı, Kazım Sübhan, aktyor Elşən Orucov, stilis Elnur Həsənov, vizajist Nigar İbrahimova və başqaları mərasimin qonaqları sırasında olub. 

Nura Suri çəkdirdiyi klip barədə açıqlama verərək bildirib ki, bu "Gitme" adlı bəstəyə çəkilən ekran işinin davamıdır. 

"Çəkilişlərimiz iki gün davam etdi. Beş geyimdən istifadə etmişik. Ümumilikdə klip üzərində 30-a yaxın adam çalışıb", - deyə sənətçi söyləyib.

Daha sonra tədbirdə qonaqların iştirakı ilə tort kəsilib. Bu an isə əyləncəli görüntülərə səhnə olub.

Qeyd edək ki, mahnının sözləri Elvin Babazadəyə, musiqisi və aranjimanı isə Fərid Ağaya məxsusdur. Nuranın geyimlərini isə modelyerlər Elnarə Bəkirova, Aynur Xəlilova, Zümrüd Mirzəliyeva hazırlayıb.

Xatırladaq ki, yaxın zamanlarda Suri daha iki klipinin təqdimatını keçirmişdi.


Fotolar: Məhəbbət Nəsirov

Video: Sübhan İsmayılov