Valyuta məzənnəsi:
20:48 Elzadan tanınmış jurnalistə: "Sən mənim qulumsan" - VİDEO  |     20:32 Əməkdar artistin oğlu: "Pulumuzu özümüz qazanırıq, atamızdan almırıq" - VİDEO  |     20:24 Azərbaycanlı müğənninin toyu olacaq: özündən 15 yaş kiçik xanımla - FOTO  |     20:10 Hidayət Heydərov 4-cü dəfə Avropa çempionu!  |     20:01 Amerikada yaşayan Güneldən istirahət FOTOları  |     18:55 Bakıda çanta oğurlayan qadın mağaza sahibini "Cin atı"na mindirdi: "Hicabından utan"- VİDEO  |     18:42 İlham Əliyevin Berlində Almaniya Prezidenti ilə təkbətək görüşü olub  |     18:22 Azərbaycanla Ermənistan arasında 28 sərhəd dirəyi quraşdırıldı - RƏSMİ  |     18:16 Aysun doğulacaq körpəsinin görüntüsünü yaydı - VİDEO  |     18:08 CineMastercard-da “Qeyri-Centlmen İşlər Nazirliyi” filminin premyeradan öncə nümayişi keçirilib - FOTO/VİDEO  |     18:00 Bakının bu küçəsində hərəkət MƏHDUDLAŞDIRILACAQ  |     17:35 İlkin Qəribliyə VƏZİFƏ VERİLDİ  |     17:05 Bakıda ayıq sürücü müştərinin "Land Rover"indən OĞURLUQ ETDİ  |     16:02 Vəfa hava limanında köməksiz vəziyyətdə qaldı - VİDEO  |     15:45 Bakıda köhnə avtobuslar yığışdırılır  |     15:01 “Real”ın transfer hədəfi  |     14:49 İlham Əliyev və Olaf Şolts birgə mətbuat konfransı keçiriblər  |     11:30 AFFA dan “Neftçi”nin şikayətinə CAVAB  |     09:15 Yığmamız Avropa çempionatını 2 bürünc medalla bitirib  |     23:43 Daha 5 çəkidə qaliblər müəyyənləşdi  |    
CityNews.az » Mədəniyyət » "Fatimə 15 minə klip çəkdirdi" - FOTOLAR - VİDEO

Mədəniyyət / Cəmiyyət / Maqazin

"Fatimə 15 minə klip çəkdirdi" - FOTOLAR - VİDEO


Rəqqasə Fatimə Fətəliyeva  “Cümhuriyyət suitası” adlı  yeni layihəsinə olan klipini təqdim edib.

Magazinews.Az xəbər verir ki, layihə Cümhuriyyətin yüzilliyinə həsr olunub. Layihənin ideya müəllifi rəqqasənin özüdür. Rejissorunun Nail Nailboğlu, operatorunun Delee, montajçısının isə  Əhməd Əli olduğu ekran işinin çəkilişi bir günə, montajı bir aya başa gəlib.
Klipdə səbəbkarla  "Banu rəqs məktəbi"-nin tələbələri çəkilib. Bundan başqa  çəkilişdə yer alan digər simaların sırasında zurna ifaçısı, Əməkdar artist Şirzad Fətəliyev, skripkada Əməkdar artist Səlim Abasov, nağarada Sadiq Bəşir, tarda  Bəhruz Zeynalov və Vasif Ağayev yer alıb. Klip iki məkanda - Qobustan qayalıqları və Şəhidlər Xiyabanında çəkilib. F.Fətəliyeva üç obraz yaradıb və  üç  fərqli geyimdən istifadə edib. Rol alan digər rəqqas və rəqqasələr bayraq rəmzli, əsgər geyimi, milli geyimlərdə olublar. Geyimlər Opera və Balet teatrının geyim hazırlayıcısı Sürəyyaya aiddir.

“Cümhuriyyət suitası” adlı bəstənin müəllifi  Əməkdar İncəsənət Xadimi, "Bəstəkarlar İttifaqı"-nın üzvü Nailə Mirməmmədlidir. Aranjmanı isə Rəşad Hüseynova məxsusdur.  Mahnı  9 aya ərsəyə gəlib. 
Layihənin xareoqrafı  Fərhad Vəliyev, rəqsin quruluşu Fatimə Fətəliyeva və Fərhad Vəliyevə aiddir.

Təqdimat zamanı Fatimə Fətəliyeva sevinc hissini media nümayəndələri ilə bölüşüb:

“Günün ən xoşbəxt insanı mənəm. Bu gün aylardır gözlədiyim layihəmin təqdimatını edirəm. Bəli, vətənimin peşəkar rəqqasəsi olaraq, öz borcumu layiqincə yerinə yetirirəm. Bu işimi Azərbaycanın Cümhuriyyətinin 100 illiyinə həsr etmişəm. Klipdə əziyyət çəkənlərin hər birinə təşəkkür edirəm. Qobustanda, daşların üzərində oynamaq əziyyətli bir işdir. Həmin gün ayaqlarım yara içərisində idi. Çəkiliş vaxtı rejissorumuz məni incitdi, dalaşdıq, gecələr gündüzə qarışdı. Hərçənd tam istədiyimi almasam da, gələn səfər burada etmək istədiyimi edərəm.”

Aparıcılığının tanınmış tele-aparıcı Lamiyə Ələkbərovaya həvalə olunduğu tədbirdə klipin rejissoru Nail Naiboğlu söz alaraq, ekran işinin 15 min manata ərsəyə gəldiyini bildirib.

Qeyd edək ki, təqdimat zamanı, Xalq artsiti  Mənsum İbrahimov, Əməkdar artistlər  Aliyə Ramazanova, Rəşad İlyasov, müğənnilər Şəbnəm Tovuzlu, Elnarə Xəlilova, Xatirə İslam, Niyam Salami, Əhməd Mustafayev, Sevda Yəhyayeva, Kərim Abasov, Zenfira İbrahimova, Rüfət Axundov, Ceyhun Qala, Manaf Ağayev, aparıcı Vüsalə Əlizadə, rəqqasə Renka Ağamuradova və başqaları iştirak edərək səbəbkarı yalnız buraxmayıblar.

Tural Hüseyn

Fotolar: Ramin Qurbanov/Rəşad Nəsirov