Valyuta məzənnəsi:
20:35 Azərbaycanlı aparıcıdan MARAQLI RƏQS - VİDEO  |     20:35 Ulduz futbolçu “Çelsi”dən gedir  |     20:30 Mehriban Əliyeva azərbaycanlı şahmatçı Ülviyyə Fətəliyevanı təbrik edib - FOTO  |     20:11 Atasına görə efirdə göz yaşı tökdü - VİDEO  |     19:15 Albaniya - Azərbaycan matçının saatı və məkanı açıqlandı  |     19:08 Səmranın idman zalından paylaşımı GÜNDƏM OLDU - VİDEO  |     18:36 Zeynəb kriteriyalarını SADALADI: "Boyu elə olsun ki..." - VİDEO  |     18:06 Azərbaycanla Ermənistan arasında 35 sərhəd dirəyi quraşdırılıb  |     17:51 Baş nazirdən su təchizatı ilə bağlı qərar  |     17:44 Damlanın estetiksiz halı - VİDEO  |     17:25 Stoltenberq: Ukrayna NATO-nun üzvü olacaq  |     17:03 Ançelotti Ardaya görə ulduz futbolçuların üstündən xətt çəkdi  |     16:53 "Mənə salam vermirlər" - VİDEO  |     13:25 Bakıda yeni park salınacaq  |     11:20 “Qarabağ”ın 30 oyunluq seriyası qırıldı  |     18:51 Əməkdar artistin rus dilində ifası GÜNDƏM OLDU - VİDEO  |     18:01 Bahar taksi sürücülərinə səsləndi: "Bunu eşidəndə çox utandım" - VİDEO  |     17:30 Xalq artisti: "Damlanın dəyişimini çox alqışlayıram" - VİDEO  |     17:14 Sədərəkdə PARTLAYIŞ: 2 nəfər ÖLDÜ  |     17:10 Bakıda restoranda yanğın - 3 nəfər tüstüdən zəhərləndi  |    
CityNews.az » Mədəniyyət » Dəb » "Azərbaycanlı stilist məşhur türk serialı "Hercai"də"

Dəb / Cəmiyyət

"Azərbaycanlı stilist məşhur türk serialı "Hercai"də"


Azərbaycanlı stilist Nərmin Abbaslı məşhur türk serialının aktyorları ilə yaxından tanış olmaq üçün, ekran işinin çəkildiyi Midyat şəhərinə, serialın setinə gedib.

Magazinews.Az-ın məlumatına görə, stilist filmin yaradıcı heyəti tərəfindən çox gözəl qarşılanıb.

Stilistimiz ekran işinin baş rol ifaçıları Akın Akınozü, Ebru Şahin və digər aktyorlarla görüşərək, onlarla səmimi ünsiyyət qurub.

Aktyorlar Azərbaycan müğənnilərini çox sevdiklərini və çəkiliş arasında bizim milli musiqiləri, muğamları dinlədiklərini bildiriblər. Onlar aparılan hədiyyə və  milli şirniyyatlarımızı çox bəyəndiklərini deyiblər.

Bütün çəkiliş heyəti ilə tanış olan stilist Nərmin Abbaslı onları vətənimizə dəvət edib. Onlar yaxın zamanda kollektiv şəkildə şəhərimizin qonağı olacaqlar.

Tanışlıq sırasında Türkiyəli serial ulduzlar stilistin əl işlərini görüb, çox bəyəndiklərini qeyd ediblər.

Stilistimizə filmin makiyaj ustası olaraq, qalıb işləmək təklif edilib. Ancaq onun Bakıda öz şəxsi salonu olduğu üçün, həmçinin müştərilərinin tələbatına görə, bu təklifi qəbul etməyib.

Qeyd edək ki, stilist Nərmin Abbaslı Azərbaycanı dünya çempionatında təmsil etmiş vizajistlərdəndir. O, həm gəlin vizajistidir, həm də  tələbələr yetişdirir.