Valyuta məzənnəsi:
15:18 Günay efirdə göz yaşlarına "QƏRQ OLDU" - VİDEO  |     15:05 Şəhərin mərkəzində binadan ŞƏLALƏ AXIR - VİDEO  |     14:45 "Mən Vəfa kimilərinin hesabına bu yerlərə gəlməmişəm" - VİDEO  |     14:02 Nuranın oğlanları toy etmədən EVLƏNDİ - VİDEO  |     13:11 ŞOU-BİZNES Balaəli tıxacda lüks avtmobili ilə BELƏ GÖRÜNTÜLƏNDİ - VİDEO  |     12:28 Aparıcı efirdə GİLEYLƏNDİ: "Kaş mənim nənəm də..." - VİDEO  |     12:03 "O biri dünyada bizi cənnət gözləyir" - Abid Şərifov - VİDEO  |     10:43 Nəfəs və Zeynəb bahalı avtomobillərində BELƏ GÖRÜNTÜLƏNDİLƏR - VİDEO  |     18:00 Modriç “Real”ın tarixinə düşdü  |     17:41 AFFA-nın vitse-prezidenti AVRO-2024-ə təyinat aldı  |     17:38 "Elza deyilik ki, stollara oxuyaq" - VİDEO  |     17:01 Abdullah Zubirdən adının xarici klublarla hallanmasına CAVAB  |     16:30 İyunda ardıcıl 5 gün iş olmayacaq  |     15:32 Dənizkənarı Bulvarda "Wings for Life World Run"baş tutacaq - FOTO  |     15:25 Ülviyyə Zülfiqar televiziya rəhbəri təyin olundu  |     14:45 Ögey anası ilə eşq yaşayıb onunla EVDƏN QAÇDI - Ata efirdə AĞLADI - VİDEO  |     14:33 Prezident bir sıra sənədlərdə dəyişiklik etdi  |     14:09 Dünya Kuboku növbəti dəfə Bakıda!  |     13:55 Bu kəndlər də qaytarılır: Ermənilər dəhlizdə işlərə başladı  |     13:50 "Mənə dedi ki, gül kimi qız idi, niyə boşadın onu?"  |    
CityNews.az » Mədəniyyət » Kino » Park Cinema “Kral Şir”-in axşamına hazırlaşır

Kino / Cəmiyyət

Park Cinema “Kral Şir”-in axşamına hazırlaşır


Park Cinema “Kral Şir”-in axşamına hazırlaşır. Bu unudulmaz olacaq.

Magazinews.Az xəbər verir ki, “Kral Şir” cizgi filmi 25 il bundan əvvəl bütün dünyada milyonlarla pərəstişkarların ürək və ağlını fəth etmişdi. Rocer Ellers və Roba Minkoffanın möhtəşəm rejissoruluğu, Elton Conun musiqisi, sadə və eyni zamanda ovsunlayan əhvalat “Kral Şir”ə 1994-cü ilin ən büdcəli filmi olmağa imkan verdi. 

2016-cı ildə “Disney” elan etdi ki, “Kral Şir”in rimeykini çəkməyə hazırlaşır, rejissor isə Con Favro (“Dəmir adam”, “Dəmir adam 2”, “Cəngəlliklər kitabı”) olacaq. Ceyms Erl Cons 25 il bundan əvvəl olduğu kimi Mufasanı səsləndirdi. Aktyor heyəti  ulduz axını ilə heyrətləndirir: Donald Qlover, Set Roqen, Beyonse, Con Oliver, Çivetel Eciofor...

Filmin dünya premyerası iyulun 9-da Hollivudda keçirilib, Azərbaycanda isə tamaşaçılar bu filmi ayın 18-də görə biləcəklər. 
 
Park Cinema kinoteatrlar şəbəkəsinin piar meneceri Rüstəm Fətəliyev bildirib ki, “Biz “Kral Şir”in nümayişinə 18 iyuldan başlayırıq. Həmin gün eyni zamanda IMAX, Dolby Atmos, LaseR и VIP zallarında cəmi 75 seans planlaşdırılıb”.  

O, həmçinin bildirib ki, şəbəkə “Kral Şir”in xüsusi nümayişi üzərində işləyir. “Ayın 18-də Park Cinema Flame Towers kinoteatrında “Kral Şir”in premyerasına həsr olunmuş xüsusi axşam təşkil olunacaq. Qonaqları furşet, musiqi, sürprizlər və xüsusi nümayişlərimizi fərqləndirən bir çox başqa şeylər  gözləyir. Əminəm ki, bu nümayiş unudulmaz olacaq”.

Fətəliyevin sözlərinə görə, artıq Park Cinemada bu cür tədbirlərin keçirilməsi üzrə təcrübə formalaşıb: “Biz çalışırıq ki, xüsusi nümayişlərimizi hər dəfə daha yaxşı edək və biz qonaqlarımızdan müsbət reaksiya aldığımıza görə şadıq” – Rüstəm Fətəliyev belə deyib. 

Qeyd edək ki, saat 20:00-da başlayacaq axşamda iştirak etmək üçün ayın 18-dəki növbəti seanslardan birinə bilet almaq kifayətdir: 20:40 (Flame Towers, Martini zalı), 21:15 (Flame Towers, zal 2), 21:50 (Flame Towers, zal IMAX). Qeyd edək  ki, tamaşaçılar “Kral Şir”i IMAX formatında ancaq “Park Cinema” kinoteatrlar şəbəkəsində izləyə bilərlər.