Valyuta məzənnəsi:
20:48 Elzadan tanınmış jurnalistə: "Sən mənim qulumsan" - VİDEO  |     20:32 Əməkdar artistin oğlu: "Pulumuzu özümüz qazanırıq, atamızdan almırıq" - VİDEO  |     20:24 Azərbaycanlı müğənninin toyu olacaq: özündən 15 yaş kiçik xanımla - FOTO  |     20:10 Hidayət Heydərov 4-cü dəfə Avropa çempionu!  |     20:01 Amerikada yaşayan Güneldən istirahət FOTOları  |     18:55 Bakıda çanta oğurlayan qadın mağaza sahibini "Cin atı"na mindirdi: "Hicabından utan"- VİDEO  |     18:42 İlham Əliyevin Berlində Almaniya Prezidenti ilə təkbətək görüşü olub  |     18:22 Azərbaycanla Ermənistan arasında 28 sərhəd dirəyi quraşdırıldı - RƏSMİ  |     18:16 Aysun doğulacaq körpəsinin görüntüsünü yaydı - VİDEO  |     18:08 CineMastercard-da “Qeyri-Centlmen İşlər Nazirliyi” filminin premyeradan öncə nümayişi keçirilib - FOTO/VİDEO  |     18:00 Bakının bu küçəsində hərəkət MƏHDUDLAŞDIRILACAQ  |     17:35 İlkin Qəribliyə VƏZİFƏ VERİLDİ  |     17:05 Bakıda ayıq sürücü müştərinin "Land Rover"indən OĞURLUQ ETDİ  |     16:02 Vəfa hava limanında köməksiz vəziyyətdə qaldı - VİDEO  |     15:45 Bakıda köhnə avtobuslar yığışdırılır  |     15:01 “Real”ın transfer hədəfi  |     14:49 İlham Əliyev və Olaf Şolts birgə mətbuat konfransı keçiriblər  |     11:30 AFFA dan “Neftçi”nin şikayətinə CAVAB  |     09:15 Yığmamız Avropa çempionatını 2 bürünc medalla bitirib  |     23:43 Daha 5 çəkidə qaliblər müəyyənləşdi  |    
CityNews.az » Əsas » ÇL: “Qalatasaray”dan “Old Trafford”da dramatik qələbə, “Real Madrid” isə avtoqolla qalib gəldi

Əsas / Son xəbərlər / İdman

ÇL: “Qalatasaray”dan “Old Trafford”da dramatik qələbə, “Real Madrid” isə avtoqolla qalib gəldi


UEFA Çempionlar Liqasında (ÇL) qrup mərhələsinin II turu davam edir.

Oxu.Az xəbər verir ki, gecənin ikinci seansında altı qarşılaşma keçirilib.

Azərbaycanda çoxsaylı azarkeşi olan Türkiyənin “Qalatasaray” klubu İngiltərədə “Mançester Yunayted”in qonağı olub. “Old Trafford”dakı qarşılaşma dramatik alınıb. İstanbul təmsilçisi iki dəfə hesabda geri düşsə də, yekunda qələbə qazanıb - 2:3. “Sarı-qırmızılar”ın qollarını Uilfrid Zaha, Kerem Aktürkoğlu və Mauro İkardi vurublar. Meydan sahiblərinin heyətində Rasmus Hoylund dubl edib. İkardi, həmçinin, penaltidən yararlana bilməyib. “Qırmızı şeytanlar”ın heyətində Karlos Kazemiro qırmızı vərəqə ilə meydandan qovulub.

Qələbə sayəsində xallarını dördə çatdıran “Qalatasaray” qrupda ikinci pillədədir. Lider isə Almaniyanın “Bavariya” klubudur. İlk görüşdə “Mançester Yunayted”dən üstün olan Münhen təmsilçisi bu dəfə Danimarkada “Kopenhagen”i çətinliklə üstələyib - 1:2. Komanda qarşılaşmanın gedişində hesabda geri düşsə də, Camal Musiala və Matis Telin qolları qələbə üçün kifayət edib.

İspaniyanın “Real Madrid” klubu da maksimum nəticə ilə irəliləyir. “Kral klubu” bu dəfə İtaliyada “Napoli”yə qalib gəlib - 2:3. Vinisius Junior və Cud Bellinqemin fərqləndiyi qarşılaşmada “Real Madrid”i qələbəsini meydan sahiblərinin qapıçısı Aleks Meretin avtoqolu rəsmiləşdirib. Neapol təmsilçisinin qollarına isə Leo Ostiqor və Pyotr Zielinski imza atıblar.

İtaliyanın digər təmsilçisi “İnter” isə qələbə qazanmağı bacarıb. “Nerazzuri” doğma meydanda Portuqaliyanın “Benfika” klubundan güclü olub - 1:0. Yeganə qolu 62-ci dəqiqədə Markus Türam vurub.

Tur “Arsenal” üçün də uğursuz alınıb. İngiltərə təmsilçisi Fransada “Lans”a uduzub - 2:1. Hesabı London təmsilçisinin heyətində Qabriel Jezus açsa da, Adrien Tomasson və Eli Vahinin qolları meydan sahiblərini qalib edib.

Çempionlar Liqası, qrup mərhələsi

II tur

4 oktyabr

A qrupu

“Mançester Yunayted” (İngiltərə) - “Qalatasaray” (Türkiyə) - 2:3

“Kopenhagen” - “Bavariya” (Almaniya) - 1:2

Xal durumu: “Bavariya” - 6, “Qalatasaray” - 4, “Kopenhagen” - 1, “Mançester Yunayted” - 0

B qrupu

“Lans” (Fransa) - “Arsenal” (İngiltərə) - 2:1

PSV (Niderland) - “Sevilya” (İspaniya) - 2:2

Xal durumu: “Lans” - 4, “Arsenal” - 3, “Sevilya” - 2, PSV - 1

C qrupu

“Union” (Berlin, Almaniya) - “Braqa” (Portuqaliya) - 2:3

“Napoli” (İtaliya) - “Real” (İspaniya) - 2:3

Xal durumu: “Real” - 6, “Napoli” - 3, “Braqa” - 3, “Union” - 0

D qrupu

“Zaltsburq” (Avstriya) - “Real Sosyedad” (İspaniya) - 0:2

“İnter” (İtaliya) - “Benfika” (Portuqaliya) - 1:0

Xal durumu: “Real Sosyedad” - 4, “İnter” - 4, “Zaltsburq” - 3, “Benfika” - 0.