Valyuta məzənnəsi:
09:15 Yığmamız Avropa çempionatını 2 bürünc medalla bitirib  |     23:43 Daha 5 çəkidə qaliblər müəyyənləşdi  |     23:00 Raman Saleydən Avropa çempionatında üçüncü medal  |     22:35 Boksçumuz Avropa çempionatında bürünc medal qazandı  |     22:05 Aydın Süleymanlı Azərbaycan çempionu oldu  |     19:06 Hacı Şahinin yutub kanalını ONLAR QAYTARIB  |     18:01 Azərbaycan Qlobal Dayanıqlı Turizm Şurasının üzvlüyünə qəbul edilib - FOTO  |     17:11 İlham Əliyev Sadır Japarova Qarabağ atı hədiyyə etdi  |     16:50 Fərid Bağırzadə nazir müavini təyin edildi  |     14:50 Juninyo "Qarabağ"dan gedəcəyi iddialarına CAVAB VERDİ  |     14:17 Elmira Süleymanova vəfat etdi  |     14:00 "Yurqorden”in baş məşqçisi: “Musa üçün çox çətindir”  |     13:14 "Murada dedi ki, aktrisadı, boşa onu getsin" - VİDEO  |     13:04 “Qarabağ”ın almaq istədiyi Emre Mor qərarını verdi  |     12:04 Hüseyn tanınmış azərbaycanlı idmançıya LÜKS AVTOMOBİL HƏDİYYƏ ETDİ - VİDEO - FOTO  |     12:00 Hacı Əliyevin son durumu  |     11:55 Naxçıvan MR-in baş naziri işdən azad olundu  |     10:50 Azərbaycan Kubokunun yarımfinalında REKORD  |     10:47 Cavanşir Məmmədovun son çıxdığı VERİLİŞ - VİDEO  |     09:38 Qurban Qurbanovdan “Beşiktaş” açıqlaması  |    
CityNews.az » Cəmiyyət » “Soyuq əllər, isti ürək” xeyriyyə yarmarkasının açılışı oldu - FOTOLAR

Cəmiyyət

“Soyuq əllər, isti ürək” xeyriyyə yarmarkasının açılışı oldu - FOTOLAR


Ötən gün son illər ənənəvi şəkildə keçirilən “Soyuq əllər, isti ürək” xeyriyyə yarmarkasının açılışı olub.

Magazinews.Az xəbər verir ki, “Nargis” xeyriyyə fondunun Fəvvarələr meydanında təşkil etdiyi “Soyuq əllər, isti ürək” xeyriyyə yarmarkasının dekabrın 1-dən yanvarın 15-dək davam etdirilməsi nəzərdə tutulub.

Meydanda qurulmuş evciklərdə müxtəlif şirkətlərin məhsulları - suvenirlər, geyimlər, şirkətlərin qida məhsulları satışdadır. Kafelərdə təqdim olunan milli və  xarici mətbəxlərin ləziz təamlar da vətəndaşların ixtiyarına veriləcək.

Məkanın işıqlı Yeni il dekorasiyaları ilə bəzdilməsi ayrıca göz zövqü verir.

Artıq 7-ci ildir keçirilən xeyriyyə yarmarkasından toplanan vəsait ənənəyə sadiq qalaraq yarmarkadan toplanan vəsait xeyriyyə işlərinə - xəstəliklərdən əziyyət çəkən uşaqların müalicəsinə və əməliyyatlarına sərf olunacaq. Bundan başqa, yarmarkanın gələn uşaq evlərinin sakinlərini müxtəlif əyləncəli oyunlar və sponsorlardan hədiyyələr veriləcək.

Tədbirin təşkil edilməsində müxtəlif dövlət qurumları və şirkətlər dəstək göstərəcəklər. “Nargis” Fond tərəfindən təşkil olunan "Soyuq əllər, isti ürək" xeyriyyə yarmarkasının bu ilki baş sponsorları “Boutique One”, “Azercell”, “Coca-Cola”, “Berg”, “Xırta-Xırt”, “FMG-group”, “Shokki Mokki”, “Azərçay”,”Zeytun Bağları”, “Final yağları”, İndoneziyanın Azərbaycandakı səfirliyi, “Muğan Bank”, “CinemaPlus”, “Azərİşiq”, “Bakı Abadlıq Xidməti”, “Dayaq Group Security”dir.

Sözügedən tədbirə xarici vətəndaşların da marağı böyükdür. Onlar da məkanı sıxca ziyarət edənlərin sırasındadırlar. Yeni il bayramı ab-havası yaşamaq istəyən vətəndaşlar xeyriyyə yarmakasına dəvətlidirlər.

Xatırladaq ki, “Nargis Fund” 2012-ci ildə “Nargis” jurnalının baş redaktoru Ülviyyə Mahmudova tərəfindən təsis edilib və qeyd etdiyimiz “Soyuq əllər, isti ürək” xeyriyyə yarmarkasını təşkil etməklə, insanları sevindirməkdə davam edir. Fond yarandığı gündən bir çox xeyriyyə layihələri təşkil edərək, ehtiyacı olanlara maddi yardım göstərib. Müxtəlif xəstəliklərdən əziyyət çəkən uşaqların müalicəsi və cərrahi əməliyyatları edilib.

Qeyd edək ki, “Soyuq əllər, isti ürək” xeyriyyə yarmarkası barədə gündəlik məlumatlarla nargisfund.com saytında, həmçinin rəsmi sosial şəbəkə hesablarında tanış ola bilərsiniz.


Tural Hüseyn 
 
Magazinews.Az 

Fotoların müəllifi isə Sadıq Əliverdibəylidir.