Valyuta məzənnəsi:
15:18 Günay efirdə göz yaşlarına "QƏRQ OLDU" - VİDEO  |     15:05 Şəhərin mərkəzində binadan ŞƏLALƏ AXIR - VİDEO  |     14:45 "Mən Vəfa kimilərinin hesabına bu yerlərə gəlməmişəm" - VİDEO  |     14:02 Nuranın oğlanları toy etmədən EVLƏNDİ - VİDEO  |     13:11 ŞOU-BİZNES Balaəli tıxacda lüks avtmobili ilə BELƏ GÖRÜNTÜLƏNDİ - VİDEO  |     12:28 Aparıcı efirdə GİLEYLƏNDİ: "Kaş mənim nənəm də..." - VİDEO  |     12:03 "O biri dünyada bizi cənnət gözləyir" - Abid Şərifov - VİDEO  |     10:43 Nəfəs və Zeynəb bahalı avtomobillərində BELƏ GÖRÜNTÜLƏNDİLƏR - VİDEO  |     18:00 Modriç “Real”ın tarixinə düşdü  |     17:41 AFFA-nın vitse-prezidenti AVRO-2024-ə təyinat aldı  |     17:38 "Elza deyilik ki, stollara oxuyaq" - VİDEO  |     17:01 Abdullah Zubirdən adının xarici klublarla hallanmasına CAVAB  |     16:30 İyunda ardıcıl 5 gün iş olmayacaq  |     15:32 Dənizkənarı Bulvarda "Wings for Life World Run"baş tutacaq - FOTO  |     15:25 Ülviyyə Zülfiqar televiziya rəhbəri təyin olundu  |     14:45 Ögey anası ilə eşq yaşayıb onunla EVDƏN QAÇDI - Ata efirdə AĞLADI - VİDEO  |     14:33 Prezident bir sıra sənədlərdə dəyişiklik etdi  |     14:09 Dünya Kuboku növbəti dəfə Bakıda!  |     13:55 Bu kəndlər də qaytarılır: Ermənilər dəhlizdə işlərə başladı  |     13:50 "Mənə dedi ki, gül kimi qız idi, niyə boşadın onu?"  |    
CityNews.az » Son xəbərlər » İdman » “2019-cu ilin gimnastı" mükafatı 10 yaşlı Mina Abbasovaya təqdim olundu

İdman / Cəmiyyət

“2019-cu ilin gimnastı" mükafatı 10 yaşlı Mina Abbasovaya təqdim olundu


Saysız beynəlxalq turnirlərdə Azərbaycan bayrağı ilə çıxış edərək sürəkli qələbələr qazanan 10 yaşlı Mina Abbasovaya Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsində “Azərbaycan–Ukrayna” Beynəlxalq Alyansının təsis etdiyi "2019-cu ilin gimnastı" nominasıyası üzrə mükafatı təqdim olunub.

Bu münasibətlə keçirilən görüşdə komitənin sədri Fuad Muradov balaca gimnastın təhsil və idman uğurları ilə maraqlanıb.

İndiyə qədər iştirak etdiyi Avropanın müxtəlif arenalarında – Macarıstan, İtaliya, İspaniya, Almaniya, Rumıniya, Polşa, Sloveniya, Xorvatiya, Çexiya, Lüksenburq və başqa ölkələrdə, eyni zamanda Azərbaycandakı yarışlarda 39 medala sahib olan balaca Mina görüşdə Macarıstanın paytaxtı Budapeştdə təhsil aldığı məktəbdəki uğurlarından, müəllimlərindən, idman karyerasından həvəslə danışıb. O, qış tətilində Bakıya gəldiyi üçün çox xoşbəxt olduğundan, burada doğmaları, dostları ilə gözəl vaxt keçirdiyindən, paytaxtımızı dünyanın ən gözəl şəhəri kimi ürəkdən sevdiyindən söhbət açıb, özü haqqında çəkilən "Balaca gimnast" sənədli filmindən bir nüsxəni diaspora sədrinə hədiyyə edib.

Fuad Muradov görüşdə iştirak edən və balaca Minanı ilin uğurlarına görə "2019-cu ilin gimnastı" nominasıyasına layiq görən "Azərbaycan-Ukrayna" Beynəlxalq Alyansının sədri Elmar Məmmədovla birlikdə bu xüsusi mükafatı balaca çempiona təqdim edib.

Görüşün sonunda xatirə şəkilləri çəkdirilib, balaca gimnasta qiymətli hədiyyələr verilib.