Valyuta məzənnəsi:
18:00 Modriç “Real”ın tarixinə düşdü  |     17:41 AFFA-nın vitse-prezidenti AVRO-2024-ə təyinat aldı  |     17:38 "Elza deyilik ki, stollara oxuyaq" - VİDEO  |     17:01 Abdullah Zubirdən adının xarici klublarla hallanmasına CAVAB  |     16:30 İyunda ardıcıl 5 gün iş olmayacaq  |     15:32 Dənizkənarı Bulvarda "Wings for Life World Run"baş tutacaq - FOTO  |     15:25 Ülviyyə Zülfiqar televiziya rəhbəri təyin olundu  |     14:45 Ögey anası ilə eşq yaşayıb onunla EVDƏN QAÇDI - Ata efirdə AĞLADI - VİDEO  |     14:33 Prezident bir sıra sənədlərdə dəyişiklik etdi  |     14:09 Dünya Kuboku növbəti dəfə Bakıda!  |     13:55 Bu kəndlər də qaytarılır: Ermənilər dəhlizdə işlərə başladı  |     13:50 "Mənə dedi ki, gül kimi qız idi, niyə boşadın onu?"  |     13:00 Bakıda keçiriləcək Avropa kubokunun mükafat fondu açıqlanıb  |     12:30 “Prezident Kuboku”nun Füzulidə keçirilməsi planlaşdırılır  |     12:10 Balaəlinin OXŞARI TAPILDI: "Balaəliyə özündən daha çox oxşayır" - VİDEO  |     11:36 Prezident: İndi biz sülhə doğru gedirik  |     11:35 Azərbaycanda yeni telekanal açıldı  |     11:00 Toyda bəylə gəlinin bu görüntüsü GÜNDƏM OLDU - VİDEO  |     08:24 Çempionlar Liqası: "Bavariya" - "Real" oyununda qalib müəyyənləşmədi  |     21:10 “Qarabağ” irəliləyib, “Neftçi” gerilədi - REYTİNQ  |    
CityNews.az » Son xəbərlər » Moskvanın "Pyotr Fomenkonun emalatxanası” teatrı Musiqili Teatrın qonağı olacaq - FOTO

Son xəbərlər / Teatr-Rəsm

Moskvanın "Pyotr Fomenkonun emalatxanası” teatrı Musiqili Teatrın qonağı olacaq - FOTO


Azərbaycan Dövlət Akademik Musiqili Teatrı ilə dünyanın müxtəlif teatrları arasında yaradıcılıq əlaqələri ildən-ilə daha da genişlənir. 

Bu dəfə Moskvanın "Pyotr Fomenkonun emalatxanası" teatrı Musiqili Teatrın qonağı olacaq.
Kollektiv 18 və 19 may tarixlərində saat 19:00-da dünya şöhrətli yazıçı-dramaturq Aleksandr Ostrovskinin eyniadlı pyesi əsasında hazırlanan "Qurdlar və qoyunlar" adlı iki hissəli komediyasını təqdim edəcək.  

Süjet xətti müasir dövrlə səsləşən bu səhnə əsərinin quruluşçu rejissoru Pyotr Fomenkodur.
Tamaşada "Qurdlar" və "Qoyunlar" arasında əbədi qarşıdurmaların mövcudluğu  komik vəziyyətlərlə göstərilir. Bəzi insanlar sadəlövh və həlim xarakterli olsalar da, bəziləri qurd kimi yırtıcı və təhlükəlidilər. Lakin ən "təhlükəli yırtıcı"nın da işləri müşkülə düşə bilir...
Səhnə əsərinin rejissoru Ma Çjen Xun, rejissor assistenti Everet Kristofer Dikson, rəssamı Tatyana Selvinskaya, işıq rəssamı Vladislav Frolov, müsiqi tərtibatçısı Boris Qorbaçovdur.  
Tamaşada Nataliya Kurdyubova, Aleksandr Morovov, Dmitri Zaxarov, Mariya Andreyeva, Yekaterina Smirnova, Qalina Kaşkovskaya, Aleksey Kolubkov, İlya Lyubimov, Tahir Rahimov, Denis Avramov, Maxim Litovchenko, Anton Sergeyev, Kira Persits və başqaları iştirak edəcəklər.
Biletləri şəhərin bütün mərkəzləşdirilmiş kassalarından, "ASAN xidmət" mərkəzlərindən, eləcə də "İticket.az" saytından əldə etmək olar. Kollektiv sifarişlər də qəbul olunur.