Valyuta məzənnəsi:
21:10 “Qarabağ” irəliləyib, “Neftçi” gerilədi - REYTİNQ  |     21:00 “Bu, regionda gələcək və davamlı sülhə yönəlib” - Ermənistan Prezidenti  |     20:35 Elcan Dilarənin geyiminə "İLİŞDİ": "Qışda açıq-saçıq, yayda bu nə geyimdi?" - VİDEO  |     20:30 Bakıda avtobusda yaşlı kişidən xanıma ƏXLAQSIZ HƏRƏKƏT - VİDEO  |     20:05 Azərbaycanın iki badmintonçusu Paris-2024-də  |     19:20 Azərbaycandan Həcc ziyarətinə səfərin vaxtı açıqlandı  |     19:00 Türk futbolçu İngiltərə nəhənginə transfer olur  |     18:44 Tacir kiçik oğlu üçün AĞLADI - VİDEO  |     18:01 Qurban Qurbanov Almaniya və İtaliya klublarının baş məşqçilərini geridə qoydu  |     17:22 Vəzifəli şəxslərin siyahısı genişləndirildi  |     17:11 “Tələbə-məzun” dövlət elektron məlumat sisteminə qoşulan qurumların sayı artırıldı  |     16:35 "Bu, onların öz qərarıdır" - Musa Qurbanlı  |     16:03 Müşfiq efirdə ona söz atan parodistin CAVABINI VERDİ: "Mən onları..." - VİDEO  |     15:20 Azərbaycan millisi Slovakiya ilə qarşılaşacaq  |     13:00 Fatih Terim geri qayıdır  |     20:35 Azərbaycanlı aparıcıdan MARAQLI RƏQS - VİDEO  |     20:35 Ulduz futbolçu “Çelsi”dən gedir  |     20:30 Mehriban Əliyeva azərbaycanlı şahmatçı Ülviyyə Fətəliyevanı təbrik edib - FOTO  |     20:11 Atasına görə efirdə göz yaşı tökdü - VİDEO  |     19:15 Albaniya - Azərbaycan matçının saatı və məkanı açıqlandı  |    
CityNews.az » Mədəniyyət » Annecy Festivalı, Saqanima Gürcüstan Animasiya Assosiasiyası və Animafilm Festivalı “Animated Film Project Pitching” vörkşopuna ərizə qəbulu elan edir

Mədəniyyət / Cəmiyyət

Annecy Festivalı, Saqanima Gürcüstan Animasiya Assosiasiyası və Animafilm Festivalı “Animated Film Project Pitching” vörkşopuna ərizə qəbulu elan edir


Annecy Festivalı, Saqanima Gürcüstan Animasiya Assosiasiyası və Animafilm Festivalı ilə birgə “Animated Film Project Pitching” vörkşopuna ərizə qəbulu elan edir.


MAGAZINEWS.AZ xəbər verir ki, ANIMAFILM Beynəlxalq Animasiya Festivalı, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Gürcüstan Milli Kino Mərkəzi və Tbilisi Bələdiyyəsinin dəstəyi ilə Annecy Beynəlxalq Animasiya Film Festivalı, Gürcüstan Film-Abxazeti Kino Mərkəzi, Kvali XXI Film Studiyası və Saqanima Gürcüstan Animasiya Assosiasiyası tərəfindən təşkil edilən 7-ci “Animated Film Project Development/Pitching” vörkşopuna qoşulur.


2021-ci il noyabrın 8-dən 12-dək Tbilisidə keçiriləcək 5 günlük vörkşop (işçi dili ingilis dili), Azərbaycan və Gürcüstan animasiya müəllifləri üçün vörkşop çərçivəsində məşhur Fransız prodüser Olivier Catherinin rəhbərliyi altında layihələrini inkişaf etdirmək və təqdim etmək üçün bənzərsiz bir fürsət təmin edəcək.


Vörkşopun sonunda Annecy Festivalının mütəxəssisləri tərəfindən seçilmiş bir layihə 2022-ci ildə festival üçün MIFA akkreditasiyasına layiq görüləcək. Eyni zamanda seçilmiş bir layihə 2022-ci il üçün bir aylıq Fontevraud Residence alacaq. Fransa və Gürcüstana səyahət edəcək azərbaycanlı iştirakçıların səyahət xərcləri Azərbaycan Mədəniyyət Nazirliyi tərəfindən qarşılanacaqdır.


Qeydiyyatdan keçmək üçün azərbaycanlı və gürcü iştirakçılar öz layihələrini ingilis dilində aşağıdakı e-mail ünvanına göndərməlidirlər:saqanima@gmail.com.


Müsabiqə nəticəsində 6 animasiya layihəsi iştirak üçün qəbul ediləcəkdir. Müraciət üçün son tarix 3 Noyabr 2021-dir. Sənədlərin təqdim edilməsi və müraciət şərtləri ilə bağlı ətraflı:https://tinyurl.com/4bjwdzkm.