Valyuta məzənnəsi:
18:51 Əməkdar artistin rus dilində ifası GÜNDƏM OLDU - VİDEO  |     18:01 Bahar taksi sürücülərinə səsləndi: "Bunu eşidəndə çox utandım" - VİDEO  |     17:30 Xalq artisti: "Damlanın dəyişimini çox alqışlayıram" - VİDEO  |     17:14 Sədərəkdə PARTLAYIŞ: 2 nəfər ÖLDÜ  |     17:10 Bakıda restoranda yanğın - 3 nəfər tüstüdən zəhərləndi  |     16:48 Toyunda havaya ATƏŞ AÇDI - Həbs olundu - VİDEO  |     16:10 "Bir qalanın sirri" Musiqili Teatrda açılacaq - FOTO  |     15:23 Nigardan cazibədar paylaşım - FOTO  |     14:04 Rozadan İDDİALI SÖZLƏR: "Mən bikinidə görsən, sonra başqasına baxarsan?" - VİDEO  |     13:53 "Ölün olsun, gəlim quluğunda durum deyir" - VİDEO  |     12:50 Həftənin ilk iş gününün HAVASI  |     12:50 Həftənin ilk iş gününün HAVASI  |     11:20 Efirdə hamilə qadının ərindən ŞOK SÖZLƏR: "40 yaşı var, mən cavan ailə istəyirəm" - VİDEO  |     10:48 Samirə paylaşımı ilə DİQQƏT ÇƏKDİ - VİDEO  |     09:45 “Fənər” əzəli rəqibini əliboş yola saldı  |     09:22 "Anam məni tanımır"  |     20:48 Elzadan tanınmış jurnalistə: "Sən mənim qulumsan" - VİDEO  |     20:32 Əməkdar artistin oğlu: "Pulumuzu özümüz qazanırıq, atamızdan almırıq" - VİDEO  |     20:24 Azərbaycanlı müğənninin toyu olacaq: özündən 15 yaş kiçik xanımla - FOTO  |     20:10 Hidayət Heydərov 4-cü dəfə Avropa çempionu!  |    
CityNews.az » Cəmiyyət » “Övladınızı komputer və televizordan çəkindirməyin yolları” -adlı görüş keçirilib"

Cəmiyyət

“Övladınızı komputer və televizordan çəkindirməyin yolları” -adlı görüş keçirilib"


“ABC Tədris və İnkişaf mərkəzi”-də sağlam və xoşbəxt gələcək naminə “Humel Psixologiya mərkəzi” ilə birlikdə valideynlər üçün “Övladınızı komputer və televizordan çəkindirməyin yolları” adlı görüş keçirilib.

Tədbir 20 yanvar gününə təsadüf etdiyi üçün ilk öncə müstəqilliyimizə gedən yolda xalqımızın şərəf və qəhrəmanlıq salnaməsini yazan Qanlı 20 Yanvar şəhidləri bir dəqiqəlik sükutla yad edilib.

Uşaqların  kompyuter, telefon və televizora bağlılığının səbəbi, daha geniş məlumat alması, öz aləmlərinin olması, çəkinəcək-qorxacaq birisinin olmamasıdır.  Hamı kimi o da nəyisə öyrənmək, əylənmək istəyir. Üstəlik müasir dövrün tələbləri, məktəbdə tələblərin artması, kompyuter oyunlarının müxtəlifliyi və cazibəsi uşağı cəlb edir. Nəticədə uşaq ətrafdan uzaqlaşır, evə qapanır, ətrafındakılarla ünsiyyət yarada bilmir və araşdırmalar bu cür qapanan uşaqların ciddi psixoloji, sosial problemlərinin olduğunu və belə uşaqların artdığını göstərir. Əylənmək və öyrənmək üçün uşaqlara alternativ təklif etmək, onları başqa cür əyləndirmək lazımdır.

Tədbirdə iştirak edən valideynlərin suallarını “Humel Psixologiya mərkəzi”-nin psixoloqu Taryel Faziloğlu cavablandıraraq qeyd edib ki, uşaqları bu vərdişlərdən çəkindirmək üçün onlarla daima ünsiyyət qurmaq, müxtəlif oyunlar oynamaq, onlar üçün fiziki məşqlər təşkil etmək lazımdır. Həmçinin uşaqlarda kitab oxumaq həvəsini də artırmaq lazımdır.

Qeyd edək ki, tədbir interaktiv şəkildə davam edib, qonaqlar da bu görüşdə öz fəallıqları ilə seçilib. Belə faydalı görüşlərin tez-tez keçirilməsi planlaşdırılır.